Elif Şen – Öldüm Men Şarkı Sözleri
Ürəyim dərddə və möhnətdə,
Qalıb öz yarına həsrətdə,
Üzünün nurana həsrətkən,
Məni qoydun yenə zülmətdə.
Gecələr sənsiz nə edim ey yar, sən söylə,
Məni bu qaranlıqlara tapşırma, rəhm eylə,
Yox bu qədər dərdə dözüm məndə, öldüm mən.
Heç yox imiş dərdə vəfa səndə, bildim mən.
Yenə ruhum gecələr yatmaz,
O səni tərk eləməz, atmaz,
Keçirəm hərdəfə yanından,
Çox uzaqsan sənə əl catmaz.
Sən mənə göylər kimi lazımsan,
Axı mənim əl çatmayan arzumsan,
Yox bu qədər dərdə dözüm məndə, öldüm mən.
Heç yox imiş dərdə vəfa səndə, bildim mən.
Yola dikdim yenə gözlərimi,
Yenə bir gün gələcəksən sən
Oxu məktubdakı sözlərimi
Nədir dərdin biləcəksən sən.
Qəlbimi məktublara həkk etdim, bildin mi, duydun mu?
Hər yazılan məktuba bir arzu, saydın mı?
0 Yorum